Ağdərədə meşəlik ərazidə yanğın başladı
Ağdərədə növbəti dəfə yanğın hadisəsi qeydə alınıb.
TodayPress TV xəbər verir ki, rayonun Sırxavənd kəndi ərazisində yerləşən meşəlik ərazidə anidən yanğın başlayıb.
Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdərə, Ağdam və Tərtər rayon Dövlət Yanğından Mühafizə hissəsinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub.
Yanğınla mübarizəyə yanğınsöndürən helikopterlər və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.