Ağdamda qəbir qazarkən hərbi sursat tapıldı

Ağdamda qəbir qazarkən hərbi sursat tapıldı
19.08.2026 12:14 Hadisə

Ağdam rayonunun Qarağacı qəbiristanlığında qəbir qazılan zaman hərbi sursat aşkarlanıb.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

ANAMA-nın qaynar xəttinə məlumat daxil olduqdan sonra əraziyə əməliyyat qrupu cəlb edilib.

Ərazidə aparılan baxış zamanı yerin təxminən 1,5 metr dərinliyində Birinci Qarabağ müharibəsindən qalan hərbi sursat aşkar edilib.

Aşkar edilən hərbi sursat zərərsizləşdirilərək ərazinin təhlükəsizliyi təmin edilib.

TodayPress TV

XƏBƏR LENTİ
19 AVQUST 2026
Bütün Xəbərlər