Ağdamda “Pickup” “Shacman”la toqquşdu - Yaralılar var
Ağdamın işğaldan azad olunmuş ərazisində yol nəqliyyat hadisəsi baş verib, 5 nəfər yaralanıb.
TodayPress TV xəbər verir ki, qəza rayonun Xıdırlı kəndi ərazisində baş verib.
Baş vermiş hadisə ilə bağlı hadisə yerinə təcili tibbi yardımın 3 avtomobili şəxsi heyətinin birlikdə çıxış edib.
Faktla bağlı araşdırma başlanıb.