4500-dən çox çətənə kolu aşkarlandı

4500-dən çox çətənə kolu aşkarlandı
01.08.2025 10:31 Hadisə

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 31-də ümumi çəkisi 20,5 kiloqramdan artıq narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 28 ədəd çətənə kolu götürülüb, yabanı halda bitmiş 730 kiloqram çəkidə 4566 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.

Bu barədə TodayPress TV-yə DİN-dən məlumat verilib.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər