30 kiloqrama yaxın narkotik vasitə aşkarlandı
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 7-də və 8-də ümumi çəkisi 29,8 kiloqrama yaxın narkotik vasitə aşkar olunub.
Bu barədə TodayPress TV-yə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.