16 kiloqrama yaxın narkotik vasitə aşkarlandı
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 26-da və 27-də ümumi çəkisi 15,5 kiloqramdan artıq narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 15 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Bu barədə TodayPress TV-yə DİN-dən məlumat verilib.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.