COP31 çərçivəsində Liderlər Sammiti başlayır - [[İlham Əliyev iştirak edəcək ]]

COP31 çərçivəsində Liderlər Sammiti başlayır - [[İlham Əliyev iştirak edəcək
]]
11.11.2026 10:24 Gündəm

Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində bu gün Liderlər Sammiti öz işinə başlayır.

TodayPress TV-nin Antalyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, iki gün davam edəcək sammitə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ev sahibliyi edir.

Azərbaycan Prezidenti İlham Əliyevin də sammitdə iştirakı gözlənilir.

Beynəlxalq əhəmiyyətli tədbirdə 102 ölkənin dövlət və hökumət başçısı, 300 nazir və 196 ölkədən gəlmiş yüksək səviyyəli nümayəndə heyətləri bir araya gələcək.

Sammitdə Azərbaycanla yanaşı, Türkiyə, Böyük Britaniya, İtaliya, İspaniya, Niderland, Avstriya, Ukrayna, Çin, Cənubi Koreya, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan, Gürcüstan, Pakistan, Braziliya və Avstraliya da daxil olmaqla çoxsaylı ölkələr liderlər səviyyəsində təmsil olunacaq.

Zirvə görüşünün rəsmi proqramı çərçivəsində ikitərəfli təmaslar və əsas müzakirələrin “Mavi Zona”da yerləşən “Anadolu Zalı”nda aparılması nəzərdə tutulur.

Qiymət Mahir

XƏBƏR LENTİ
11 NOYABR 2026
Bütün Xəbərlər