Zukerberg 19-cu əsrə aid qəsr aldı

Zukerberg 19-cu əsrə aid qəsr aldı
21.08.2026 13:25 Dünya

"Meta" şirkətinin təsisçisi Mark Zukerberg və həyat yoldaşı Prisilla Çan İrlandiyada 19-cu əsrə aid tarixi qəsr satın alıblar.

TodayPress TV xəbər verir ki, bu barədə “The Irish Times” qəzeti məlumat yayıb.

Söhbət Blekvoter çayının sahilində, təxminən 440 akr ərazidə yerləşən üçmərtəbəli Strankalli qəsrindən gedir. Qotik üslubda tikilən mülk təxminən 16 min kvadrat fut sahəyə malikdir.

Bildirilir ki, sövdələşmənin son həftələrdə baş tutduğunu yazıb. Qəzet qəsrin dəyərini 23-35 milyon dollar arasında qiymətləndirir.

Zukerbergin sözçüsü Brayan Baker alışı təsdiqləyib. O bildirib ki, milyarderin ailəsi tarixi mülkə qayğı göstərmək və İrlandiyada daha çox vaxt keçirmək niyyətindədir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
21 AVQUST 2026
Bütün Xəbərlər