Zelenski Trampın nümayəndələrini Kiyevə çağırdı - Görüşə hazırlaşır

Zelenski Trampın nümayəndələrini Kiyevə çağırdı - Görüşə hazırlaşır
03.09.2026 22:38 Dünya

Zelenski ABŞ Prezidenti Donald Trampın nümayəndələri ilə yaxın günlərdə görüşlərin keçiriləcəyini açıqlayıb.

TodayPress TV bu barədə xarici mediaya istinadən xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ABŞ prezidentinin nümayəndələri ilə danışıqlar aparan komanda ilə müşavirə keçirib. Onun sözlərinə görə, tərəflər demək olar ki, sutka boyu əlaqədədir və hazırda yeni görüşlərə hazırlıq gedir.

Zelenski görüşlər üçün ilkin tarixlərin artıq müəyyənləşdirildiyini deyib. O, ABŞ nümayəndələrinin Kiyevə gələcəyini gözlədiklərini bildirib.

“Bu, çox vacibdir. Amerikanın fəal olaraq qalması önəmlidir. Biz Ukraynada onlarla yüksək səviyyədə və mahiyyət etibarilə görüşlər keçirməyə hazırıq”, - deyə Zelenski vurğulayıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
03 SENTYABR 2026
Bütün Xəbərlər