Zelenski Qərb liderləri ilə danışdı
Ukrayna Prezidenti Volodimir Zelenski avqustun 9-u bir sıra Qərb ölkələrinin liderləri ilə telefon danışıqları aparıb.
TodayPress TV xəbər verir ki, bu barədə o, "Telegram" kanalında məlumat verib.
Zelenski telefonla Böyük Britaniyanın Baş naziri Kir Starmer, Estoniyanın Baş naziri Kristen Miksel, Danimarkanın Baş naziri Mette Frederiksen və Fransa Prezidenti Emmanuel Makron ilə danışıb.
Danışıqların əsas mövzusu Rusiya ilə davam edən münaqişə və onun bitmə ehtimalı olub.
Zelenski həmçinin Qərb liderləri ilə əməkdaşlığın gücləndirilməsi və birgə strategiyaların hazırlanması barədə də fikir mübadiləsi apardığını bildirib.
Türkan İsgəndərli