Zelenski Polşaya niyə getdi? - Bu məsələlər müzakirə edildi
Ukrayna Prezidenti Volodimir Zelenski Polşanın Baş naziri Donald Tusk ilə Lyublin şəhərində görüş keçirib.
TodayPress TV xəbər verir ki, görüş zamanı tərəflər ikitərəfli münasibətləri, iki ölkə arasında tarixi dialoqu, Vaşinqtonda aparılan diplomatik təmasları, eləcə də müdafiə sahəsində əməkdaşlığı müzakirə ediblər.
Zelenski bildirib ki, görüşdə Rusiyanın raket hücumlarından şəhərlərin qorunması və xüsusilə də ballistik raketlərə qarşı müdafiə sistemlərinin gücləndirilməsi əsas müzakirə mövzularından olub.
Ukrayna Prezidenti vurğulayıb ki, Ukraynanın təhlükəsizliyi Polşanın və bütövlükdə Avropanın təhlükəsizliyi ilə birbaşa bağlıdır.
Kübra Musayeva