Zelenski: “Heç kim Ukrayna ərazilərindən geri çəkilməyəcək”
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkə heç bir ərazi güzəştinə getməyəcək.
TodayPress TV xəbər verir ki, o, bu barədə "Telegram" kanalında açıqlama verib.
Zelenskinin sözlərinə görə, Ukraynanın ərazi bütövlüyünə dair mövqe artıq Konstitusiyada öz əksini tapıb və bu prinsiplərdən kənara çıxmaq mümkün deyil.
Qeyd edək ki, bundan əvvəl Zelenski Ukraynanın Rusiya ilə münaqişənin real yollarla həllinə hazır olduğunu, lakin bu həllin sülh gətirməli olduğunu bildirib.
Türkan İsgəndərli