Zelenski Hakan Fidanı belə mükafatlandırdı - VİDEO

Zelenski Hakan Fidanı belə mükafatlandırdı - VİDEO
16.07.2026 23:33 Dünya

Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə keçirilən danışıqlardan sonra Türkiyənin xarici işlər naziri Hakan Fidana “Xidmətlərinə görə” II dərəcəli orden təqdim edib.

TodayPress TV bu barədə xarici mediaya istinadən xəbər verir.

Zelenski bildirib ki, görüş zamanı sülh təşəbbüsləri, cəbhədəki vəziyyət və Ukrayna-Türkiyə münasibətləri müzakirə olunub.

Danışıqlarda əsas mövzulardan biri azad ticarət zonası ilə bağlı razılaşmaların icrası olub. Ukrayna lideri iki ölkə arasında ticarət dövriyyəsinin artacağına ümid etdiyini bildirib.

Hakan Fidan isə gərginliyin azaldılması istiqamətində digər tərəflərlə apardığı danışıqlar barədə məlumat verib.

Kübra Musayeva

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər