Zelenski “gənə”yə bənzədildi
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukrayna Prezidenti Volodimir Zelenski haqqında sərt fikirlər səsləndirib.
TodayPress TV xəbər verir ki, Zaxarova Zelenskini “gənəyə” bənzədərək onun Ukrayna xalqının “qanını sorduğunu” iddia edib.
“O, Ukrayna xalqının bədəninə yapışmış və qan içməyə doymayan gənə kimidir”, - deyə Zaxarova bildirib.
Rusiya XİN sözçüsü əlavə edib ki, Zelenskiyə artıq “heç nəyin kömək etməyəcəyini” düşünür.
Kübra Musayeva