Zelenski ABŞ-dən qayıdanda “yolüstü” Polşaya da “dəydi”
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-dən qayıdarkən Polşaya səfər edib.
TodayPress TV xəbər verir ki, məlumata görə, Zelenski hazırda Lyublin şəhərindədir. Onun Polşanın Baş naziri Donald Tusk ilə görüş keçirəcəyi gözlənilir.
Bu, Kiyev və Varşava arasında münasibətlərin pisləşməsindən sonra Zelenskinin Polşaya ilk səfəridir. Münasibətlər Ukrayna Silahlı Qüvvələrinin bölmələrindən birinə “UPA Qəhrəmanları” fəxri adının verilməsi qərarından sonra gərginləşmişdi.
Kübra Musayeva