Zaxarovadan iddia: Sandu Moldovanı bu ölkəyə satır
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moldova Prezidenti Maya Sandu barədə qalmaqallı bəyanatla çıxış edib.
TodayPress TV xəbər verir ki, diplomatın sözlərinə görə, Sandunun yürütdüyü siyasət Moldovanın Avropa İttifaqına deyil, Rumıniyaya inteqrasiya etməsinə və bu ölkə tərəfindən ilhaq olunmasına şərait yaradır.
O bildirib ki, Moldovanın Avropaya inteqrasiya uğurları və əhalinin bu kursu dəstəkləməsi ilə bağlı səsləndirilən fikirlər reallığı əks etdirmir və faktiki vəziyyət tamamilə fərqlidir.