Zaxarova: “Moskva ilə İrəvanı düşmən etmək istəyirlər”

Zaxarova: “Moskva ilə İrəvanı düşmən etmək istəyirlər”
22.08.2026 20:10 Dünya

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Metsamor Atom Elektrik Stansiyası ilə bağlı səsləndirilən təhlükə iddialarını Moskva ilə İrəvan arasında münasibətlərə xələl gətirmək cəhdi kimi qiymətləndirib.

TodayPress TV bu barədə xarici mediaya istinadən xəbər verir.

Zaxarova bildirib ki, bəzi beynəlxalq aktorların vaxtaşırı Rusiya-Ermənistan atom enerjisi layihəsinə qarşı çıxması suallar doğurur. Onun sözlərinə görə, bu cür açıqlamalar iki ölkə arasında bu sahədə əməkdaşlıqda parçalanma yaratmaq cəhdidir.

Rusiya rəsmisi Metsamor AES-in “möhkəmlik ehtiyatının kifayət qədər yüksək” olduğunu və reaktorun bölgənin yüksək seysmikliyinə uyğunlaşdırıldığını deyib.

Zaxarova stansiyanın etibarlılığının Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən də təsdiqləndiyini bildirib.

Kübra Musayeva

XƏBƏR LENTİ
22 AVQUST 2026
Bütün Xəbərlər