Yüz milyonlarla insan kəskin su qıtlığı ilə üzləşə bilər

Yüz milyonlarla insan kəskin su qıtlığı ilə üzləşə bilər
24.09.2025 04:34 Dünya

İqlim dəyişikliyi nəticəsində qarşıdakı 15 ildə dünyanın bir sıra bölgələrində, xüsusilə Aralıq dənizi hövzəsində, Afrika qitəsinin cənubunda və Şimali Amerikanın müəyyən hissələrində kəskin su qıtlığı yarana bilər.

TodayPress TV  xəbər verir ki, bu barədə Cənubi Koreyanın Pusan Milli Universiteti alimləri Vekkia Ravinandrasana və Kristian Franzke “Nature Communications” jurnalında dərc etdirdikləri məqalədə bildiriblər. Tədqiqatçılar xəbərdarlıq ediblər ki, 2100-cü ilədək 750 milyon, o cümlədən şəhərlərdə yaşayan 470 milyon insan kəskin su qıtlığından əziyyət çəkə bilər.

Alimlərin yüksək emissiyalar şəraitində apardıqları simulyasiyalar göstərib ki, quraqlıq riski yüksək olan bütün regionların 35 faizində gələcək 15 ildə “sıfır saat quraqlığı” baş verəcək. Bu bölgələrə Afrikanın cənubu, Şimali Amerikanın bəzi yerləri, o cümlədən Kaliforniya və Texas ştatları, eləcə də bütün Aralıq dənizi hövzəsi daxildir.

Qeyd edək ki, bu anlayış ilk dəfə 2018-ci ildə Cənubi Afrikanın Keyptaun şəhərində istifadə olunub. Şəhər həmin vaxt su ehtiyatlarının tükənəcəyi halda suyun normallaşdırılması üçün plan hazırlamışdı. Lakin həmin il yağışların çox düşməsi səbəbi ilə plan icra edilməmişdi.

Ekspertlərin sözlərinə görə, hətta qlobal istiləşməni 1,5 dərəcə ilə məhdudlaşdırmaq mümkün olsa belə, yüz milyonlarla insan yenə də ciddi su qıtlığına məruz qalacaq. Aralıq dənizi ətrafı ölkələrdə mövcud su anbarları yaxın illərdə kifayət etməyəcək və ilk böhran zamanı onların 14 faizi tamamilə quruma riski ilə üzləşəcək. Ən çox təhlükə altında olan ölkələr sırasında İspaniya, Yunanıstan, Türkiyə, Əlcəzair və Mərakeş göstərilir.

Mütəxəssislər, həmçinin vurğulayırlar ki, quraqlıqlar arasındakı bərpa dövrləri getdikcə qısalır, bu isə anbarların yenidən dolmasına imkan vermir. Dünya Meteorologiya Təşkilatının ötən həftə yaydığı hesabatda da iqlim dəyişikliyi nəticəsində 2024-cü ildə qlobal su dövranının balansdan çıxdığı, quraqlıqlar və daşqınların eyni vaxtda bir çox regionlarda müşahidə olunduğu bildirilmişdi.

Alimlər insanların suya qənaət etməsini, yağış sularından istifadənin artırılmasını, təkrar istifadənin genişləndirilməsini və yeni su anbarlarının yaradılmasını təcili tədbirlər kimi zəruri hesab edirlər.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər