Yunanıstan vətəndaşları maaşının yarısını İsrailə verəcək
Yunanıstanın İsraildən almağa hazırlaşdığı 3,5 milyard avro dəyərində "Achilles Shield" hava hücumundan müdafiə sistemi ölkədə maliyyə yükü ilə bağlı müzakirələrə səbəb olub.
TodayPress TV xəbər verir ki, məlumata görə, sövdələşmənin ümumi dəyəri 3,5 milyard avro təşkil edir ki, bu da hər bir Yunanıstan vətəndaşına təxminən 337 avro xərc deməkdir.
Qeyd olunur ki, Yunanıstan artıq müdafiə xərclərinə görə NATO ölkələri arasında ÜDM-in təxminən 3,5 faizi səviyyəsində göstərici ilə ön sıralarda yer alır.
Buna baxmayaraq, İsrail istehsalı olan David’s Sling, Barak MX və SPYDER hava hücumundan müdafiə sistemlərinin eyni paketdə alınması Egey dənizi bölgəsində hərbi imkanların əhəmiyyətli dərəcədə artırılması kimi qiymətləndirilir.
Müqayisə üçün bildirilir ki, Yunanıstanda xalis minimum aylıq əməkhaqqı təxminən 780–800 avro təşkil edir. Bu baxımdan, adambaşına düşən 337 avroluq xərc minimum əməkhaqqı alan bir işçinin təxminən yarım aylıq gəlirinə bərabərdir.
Sövdələşmə fonunda ölkədə bu addımın milli təhlükəsizliyin gücləndirilməsinə xidmət etdiyi, yoxsa vergi ödəyicilərinə əlavə maliyyə yükü yaratdığı barədə müzakirələr gedir.
Jalə Rövşən