“YouTube” Venesuela prezidentinin hesabını blokladı

“YouTube” Venesuela prezidentinin hesabını blokladı
20.09.2025 12:30 Dünya

YouTube Maduronun hesabını xidmət şərtlərini pozduğuna görə bloklayıb.

TodayPress TV xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Məlumatda bildirilir ki, səhifə açılarkən hesabın “istifadəni pozduğuna görə” bloklandığı barədə mesaj görünür.

Bildirilir ki, Venesuela liderinin “YouTube” kanalı hökumət və prezident tədbirlərinin gündəlik yazılarını, yayımlarını dərc edir və 200.000-dən çox abunəçiyə malikdir. 

Hələlik platforma tərəfindən bu barədə rəsmi məlumat verilməyib.

Orxan Saffari

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər