Yəməndən Səudiyyəyə ağır hədə: Dünyanın ən böyük neft emalı mərkəzi hədəfdə
Yəmən Səudiyyə Ərəbistanının ən böyük neft emalı zavodunun yerləşdiyi Ras Tanura neft limanına zərbə endirəcəyi ilə hədələyib.
TodayPress TV xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.
Məlumata görə, Ras Tanura limanı Avropaya dizel yanacağının əsas ixrac mərkəzlərindən biri hesab olunur. Hədənin fonunda regionda enerji təhlükəsizliyi ilə bağlı narahatlıqların artdığı bildirilir.
Nicat Osmanlı