Yəməndə cəbhə dəyişir? - Mühüm mövqe geri alındı
Yəmən Silahlı Qüvvələri Taiz şəhərinin qərbində gedən döyüşlər zamanı ərazini geri aldıqlarını bildiriblər.
TodayPress TV xəbər verir ki, bu barədə ordunun sosial şəbəkə hesabında yayımladığı açıqlamada qeyd olunub.
"Əsgərlər Məqbənə və Əl-Kəda cəbhələrində qüvvələrimizlə husi terrorçu milisləri arasında döyüşlərin şiddətləndiyi bir vaxtda Cəbəl Həbəşi rayonunda yerləşən Əl-Xəzən təpəsini geri alıblar", - deyə bildirilib.
Qeyd edək ki, hökumət ilə husi qüvvələri arasında şiddətli döyüşlər sentyabrın 3-ü Taiz və Hudeydə vilayətləri arasındakı sərhəd boyunca başlayıb.
Aysel Mətləb