Yaponiyada güclü zəlzələ oldu - Sunami təhlükəsi elan edilib
Yaponiyanın Kumamoto prefekturasında 7,1 maqnitudalı zəlzələ baş verib.
TodayPress TV xəbər verir ki, bu barədə Yaponiya mediası məlumat yayıb.
Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, zəlzələnin episentri Kumamoto prefekturasının Kumamoto rayonunda, təxminən 10 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.