Yaponiyada güclü zəlzələ baş verdi
Yaponiyanın Honsyu adasının şərq sahillərində 5,8 maqnitudalı zəlzələ baş verib.
TodayPress TV xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 02:00-da (Bakı vaxtı ilə 21:00) qeydə alınıb. Zəlzələnin episentri Tiba prefekturasında yerləşən Kaşiva şəhərindən 11 km şimalda olub. Ocaq 78 km dərinlikdə yerləşib.
Milli Meteorologiya İdarəsinin məlumatına görə, sunami təhlükəsi yoxdur.
Həmçinin Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb.
Aysel Mətləb