Yaponiyada "fəlakət ssenarisi" işə düşdü, xəstəxanalar dolur

Yaponiyada "fəlakət ssenarisi" işə düşdü, xəstəxanalar dolur
14.07.2026 17:15 Dünya

Yaponiyada son bir həftə ərzində 4,5 mindən çox insan günvurma səbəbindən xəstəxanaya yerləşdirilib.

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin İnzibati İşlər və Kommunikasiyalar Nazirliyi məlumat yayıb.

Məlumata görə, iyulun 6-dan 12-dək 4580 nəfər istilik vurması diaqnozu ilə hospitalizasiya olunub, daha 7 nəfər isə həyatını itirib.

Bildirilib ki, may ayından etibarən aparılan statistikaya əsasən, ümumilikdə 13 mindən çox insan xəstəxanaya yerləşdirilib, 12 nəfər ölüb.

Hazırda Yaponiyada ilin ən isti dövrü yaşanır. İyulun 14-də Koçi prefekturasında havanın temperaturu 38,4, Tokio yaxınlığındakı Qunma prefekturasında isə 37 dərəcəyədək yüksəlib.

Qeyd edək ki, hər il Yaponiyada günvurma səbəbindən on minlərlə insan xəstəxanaya yerləşdirilir, yüzlərlə ölüm halı qeydə alınır.

Qiymət Mahir

XƏBƏR LENTİ
14 IYUL 2026
Bütün Xəbərlər