Yaponiya Rusiyaya xəbərdarlıq etdi

Yaponiya Rusiyaya xəbərdarlıq etdi
21.08.2026 14:04 Dünya

Yaponiya Rusiyanın Cənubi Kuril adalarında hərbi gücünü artırmasına etiraz edib.

TodayPress TV xəbər verir ki, bu barədə danışan Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi Rusiyanın bölgədəki hərbi fəaliyyətinin Tokio üçün qəbuledilməz olduğunu bildirib.

Təlimlər zamanı bir qrup Rusiya hərbi gəmisi Cənubi Kuril adaları yaxınlığında raket atışları həyata keçirib. Moteqi qeyd edib ki, Rusiyanın Tokionun “Şimal adaları” adlandırdığı dörd adada hərbi gücünü artırması Yaponiyanın mövqeyinə ziddir.

Gərginlik avqustun 13-də Rusiya Prezidenti Vladimir Putinin İturup adasına səfərindən sonra daha da artıb. Yaponiya bu səfərə etiraz edib və hadisənin ölkə ictimaiyyətinin hisslərini incitdiyini açıqlayıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
21 AVQUST 2026
Bütün Xəbərlər