Yalovada İŞİD-ə qarşı əməliyyat: 3 polis həlak oldu, 6 terrorçu zərərsizləşdirildi
Dünya
29.12.2025 15:36
Yalovada İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyat zamanı silahlı qarşıdurma baş verib.
TodayPress TV xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyinin açıqlamasına görə, əməliyyat zamanı terrorçular polis əməkdaşlarına atəş açıb, nəticədə 3 polis əməkdaşı həlak olub, 8 polis və 1 mühafizəçi yaralanıb.
Nazir Əli Yerlikaya bildirib ki, əməliyyat çərçivəsində əvvəlcə evdə olan 5 qadın və 6 uşaq təhlükəsiz şəkildə təxliyə edilib, daha sonra baş verən qarşıdurmada 6 terrorçu zərərsizləşdirilib. Əməliyyat səhər saatlarında başa çatıb.
Hadisə ilə bağlı Yalova Respublika Baş Prokurorluğu tərəfindən istintaq başlanıb, 5 şübhəli saxlanılıb. RTÜK əməliyyatla bağlı müvəqqəti nəşr qadağası tətbiq edildiyini açıqlayıb.
Prezident Rəcəb Tayyib Ərdoğan və dövlət rəsmiləri həlak olan polis əməkdaşlarının ailələrinə başsağlığı verib, yaralılara şəfa diləyiblər. Rəsmi qurumlar terrorla mübarizənin qətiyyətlə davam etdiriləcəyini bildiriblər.

Jalə Rövşən
tag: Yalova,İŞİD ,Terror ,Polis,Todaypress.tv,
