Xameneinin dəfnində maska taxan şəxsin kimliyi bilindi

Xameneinin dəfnində maska taxan şəxsin kimliyi bilindi
12.07.2026 19:15 Dünya

İranın keçmiş ali dini lideri Əli Xameneinin dəfn mərasimində maska ilə iştirak edən şəxsin onun böyük nəvəsi Məhəmməd Cavad Xamenei olduğu iddia edilir.

TodayPress TV xəbər verir ki, OSINT mənbələrinin yaydığı məlumata görə, o, babasının həlak olduğu hücum zamanı aldığı üz nahiyəsindəki yanıqlara görə maska taxıb.

Bundan əvvəl isə maskalı şəxsin İranın yeni ali lideri olduğu bildirilən Müctəba Xamenei olduğu ehtimal edilirdi.

Qeyd edək ki, bu məlumat İran rəsmiləri tərəfindən rəsmi şəkildə təsdiqlənməyib.

XƏBƏR LENTİ
12 IYUL 2026
Bütün Xəbərlər