“Vurdun, heç olmasa pulunu ödə” - İran kompensasiya tələb edir
İranın xarici işlər naziri Abbas Əraqçi Ukraynanın xarici işlər naziri ilə telefon danışığı apardığını açıqlayıb.
TodayPress TV xəbər verir ki, Əraqçinin sözlərinə görə, Ukraynanın xarici işlər naziri Andriy Sibiqa İran gəmisinə edilən hücumun qəsdən baş vermədiyini və Kiyevin hər hansı gərginlik yaratmaq niyyətində olmadığını bildirib.
İranlı nazir qeyd edib ki, Tehran da vəziyyətin gərginləşməsini istəmir. Bununla yanaşı, o vurğulayıb ki, hadisə nəticəsində dəyən maddi zərərin kompensasiya olunması təmin edilməlidir.