Vens: "Tramp Putinlə dialoqun vacibliyinin fərqindədir"
ABŞ Prezidenti Donald Tramp bütün fikir ayrılıqlarına baxmayaraq, Rusiya lideri Vladimir Putinlə dialoqu vacib hesab edir.
TodayPress TV xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Ceyms Vens “Fox News”a müsahibəsində deyib.
“Bəzi insanlar prezidentin Putinlə danışmasını tənqid edir. Amma siz Putinin qərarları ilə razılaşmaq məcburiyyətində deyilsiniz. Əgər sülh istəyirsinizsə, güc göstərməli və tərəflərlə danışıq aparmalısınız”, – Vens deyib.
O əlavə edib ki, Tramp birinci prezidentliyi dövründə Şimali Koreya lideri Kim Çen Inla görüşdüyünə görə də oxşar tənqidlərə məruz qalmışdı.
Jalə Rövşən