Uşaq bağçasında valideynləri təşvişə salan hadisə

Uşaq bağçasında valideynləri təşvişə salan hadisə
02.09.2026 07:50 Dünya

Hindistanın paytaxtı Yeni Dehlidə özəl məktəbəqədər təhsil müəssisəsində azyaşlı uşağa qarşı amansız rəftar edilməsi ilə bağlı araşdırma aparılır.

TodayPress TV xəbər verir ki, bu barədə “The Times of India” məlumat yayıb.

Üç yaşlı uşağın atası Navnit Çaudhari oğlunun bağçada bağlandığını, döyüldüyünü və fiziki xəsarətə məruz qaldığını iddia edib.

Atanın sözlərinə görə, oğlu uşaq bağçasından qayıtdıqdan sonra özünü pis hiss etməyə başlayıb. Uşaqda qusma, başgicəllənmə və ümumi vəziyyətinin pisləşməsi müşahidə olunub.

Həkimə müraciətdən sonra uşağın qulaqları ilə bağlı ciddi problemlərinin olduğu müəyyən edilib. Mütəxəssislər qulaq pərdələrində güclü şişkinlik aşkar edib və onların zədələnməyə yaxın vəziyyətdə olduğunu bildiriblər.

Valideynlər uşaq bağçasına müraciət edərək müşahidə kameralarının görüntülərini tələb ediblər. Atanın sözlərinə görə, görüntülərdə uşağın bir neçə saat ərzində stula bağlandığı, həmçinin döyüldüyü, təpikləndiyi və qulaqlarından dartıldığı əks olunub.

“Uşağın təhlükəsizliyini təmin etməli olan müəssisənin rəhbərliyini, sahiblərini və direktorunu məsul hesab edirəm”, - deyə ata bildirib.

Ailənin müraciətindən sonra polis araşdırmaya başlayıb. İş üzrə bir tərbiyəçi saxlanılıb, hakimiyyət orqanları isə uşaq bağçasının fəaliyyətinin ayrıca yoxlanılmasına başlayıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
02 SENTYABR 2026
Bütün Xəbərlər