Ukraynanın Baş naziri istefa verdi

Ukraynanın Baş naziri istefa verdi
14.07.2026 12:12 Dünya

Ukraynanın Baş naziri Yuliya Sviridenko istefa verib.

TodayPress TV xəbər verir ki, bu barədə Ali Radanın sədri Ruslan Stefançuk məlumat yayıb.

Onun sözlərinə görə, Yuliya Sviridenkonun istefa ərizəsi artıq Ukrayna parlamentinə daxil olub.

"Parlament bu məsələyə müəyyən edilmiş prosedura uyğun olaraq yaxın vaxtlarda baxacaq", – deyə Stefançuk bildirib.

Ali Radanın sədri Sviridenkoya dövlət üçün son dərəcə çətin dövrdə hökumətə rəhbərlik etdiyinə, iqtisadiyyatın gücləndirilməsi, əhalinin dəstəklənməsi və Ukraynanın Avropa İttifaqına inteqrasiyası istiqamətində fəaliyyətinə görə təşəkkür edib.

O, sabiq baş nazirə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
14 IYUL 2026
Bütün Xəbərlər