Ukraynada hərbi vəziyyət 20-ci dəfə uzadıldı
Ali Rada (parlament) Ukrayna Prezidenti Volodimir Zelenskinin hərbi vəziyyətin müddətinin uzadılması haqqında fərmanını təsdiqləyib.
TodayPress TV Ukrayna mediasına istinadən xəbər verir ki, iyulun 14-ü Ali Radanın plenar iclasında müvafiq qanun layihəsinin lehinə bütövlükdə 313 xalq deputatı səs verib.
Hərbi vəziyyət 2026-cı il avqustun 2-dən – oktyabrın 31-dək 90 sutka müddətinə uzadılır.
Ukrayna parlamenti hərbi vəziyyətin müddətini Rusiya-Ukrayna müharibəsinin başladığı 24 fevral 2022-ci il tarixindən bəri artıq iyirminci dəfə uzadır.