Ukraynada 2000 qrivnalıq yeni əsginas dövriyyəyə buraxıldı
Ukraynada üzərində dissident şair Vasili Stusun təsviri olan 2000 qrivnalıq yeni əsginas dövriyyəyə buraxılıb.
TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Milli Bankının mətbuat xidməti məlumat yayıb.
Əsginasın ön tərəfində şair Vasili Stusun portreti, arxa tərəfində isə onun təhsil aldığı Donetsk Milli Universitetinin filologiya fakültəsinin binası təsvir olunub. Hazırda həmin ali təhsil müəssisəsi Rusiya tərəfindən yaradılmış Donetsk Xalq Respublikasının tərkibində Donetsk Dövlət Universiteti kimi fəaliyyət göstərir.
Yeni əsginasın buraxılması qrivnanın dövriyyəyə buraxılmasının 30-cu ildönümünə həsr olunub. İlk partiyalar Kanada və Böyük Britaniyada çap edilib.
Qeyd edək ki, iyul ayında Ukrayna Milli Bankı yeni əsginasların dövriyyəyə buraxılacağını açıqlamışdı. Yeni əsginaslar 20 müasir mühafizə elementi ilə təchiz olunub.
Milli Bankın rəhbəri Andrey Pışnının sözlərinə görə, bundan əvvəl Ukraynada ən böyük nominal 2019-cu ildə dövriyyəyə buraxılmış 1000 qrivnalıq əsginas olub.
Yeni nominalın dövriyyəyə buraxılması inflyasiya, nağd pul dövriyyəsinin və logistikanın optimallaşdırılması, həmçinin nağd vəsaitlərin daşınması, saxlanması və xidmətinə çəkilən xərclərin azaldılması zərurəti ilə əlaqələndirilir.
Qiymət Mahir