Ukrayna və Rusiya liderləri 5 ildən sonra telefon danışığı apara bilər
Dünya
29.12.2025 10:32
Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin beş ildən artıq müddətdən sonra ilk dəfə telefonla danışa bilərlər.
TodayPress TV xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.
Məlumata görə, buna ABŞ Prezidenti Donald Trampla Zelenskinin Mar-a-Laqoda baş tutan son görüşü zəmin yarada bilər. Görüş Floridada Trampın rəhbərliyi altında aparılan sülh təşəbbüsləri çərçivəsində irəliyə doğru addım kimi təqdim edilsə də, mənbə qeyd edib ki, Zelenski ilə Putinin birbaşa telefon danışığının təmin olunması ABŞ prezidenti üçün “diplomatik qələbə” sayıla bilər.
Bildirilib ki, əgər Putin baş tutan telefon danışığına qoşulsaydı, bu, sülh prosesində ilk ciddi addım olardı. O bildirib ki, bu, Donald Tramp üçün mühüm diplomatik uğur hesab edilərdi.
Qeyd edək ki, Floridada keçirilən müzakirələrin mərkəzində ABŞ tərəfindən dəstəklənən və bir neçə həftəlik danışıqların nəticəsi olaraq hazırlanmış 20 maddəlik sülh planı dayanıb. Sənəd həm Kiyev, həm də Moskva tərəfindən kompromis tələb edir.
Aysel Mətləb
tag: Rusiya,Ukrayna,Putin,Zelenski,Todaypress.tv,
