Ukrayna Rusiyaya zərbə hazırlayır: Zelenski vaxtı açıqladı
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın hücumlarına cavab olaraq aktiv əməliyyatların hazırlanması barədə məlumat verib.
TodayPress TV xəbər verir ki, Zelenskinin sözlərinə görə, Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Poklad bununla bağlı məruzə təqdim edib.
“Rusiyanın zərbələrinə cavab olaraq aktiv addımlarımızın hazırlanması barədə məruzə dinlədim. Cavab tədbirlərinin coğrafiyası müəyyən edilib. Vaxt elə seçiləcək ki, nəticə əldə edək”, - deyə Zelenski bildirib.
Kübra Musayeva