Ukrayna Rusiyanın adını gördüyü hər şeyi dağıdır

Ukrayna Rusiyanın adını gördüyü hər şeyi dağıdır
11.07.2026 11:33 Dünya

Rusiyanın Rostov vilayətinin Taqanroq körfəzində dörd gəmi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.

TodayPress TV xəbər verir ki, bu barədə Rostov vilayətinin qubernatoru Yuri Slyusar məlumat verib.

Onun sözlərinə görə, hücuma məruz qalan gəmilər arasında metanol daşıyan tanker də olub.

Qubernator bildirib ki, hücum nəticəsində bir dənizçi həlak olub. Gəmilər müxtəlif dərəcəli zədələr alsa da, metanolun sızması və ya ətrafa yayılması təhlükəsinin olmadığı qeyd edilib.

Qeyd edək ki, bu, son bir həftə ərzində Taqanroq körfəzində Rusiya tankerlərinə qarşı qeydə alınan üçüncü PUA hücumudur.

Qiymət Mahir

XƏBƏR LENTİ
11 IYUL 2026
Bütün Xəbərlər