Ukrayna Qərbdən 6 milyard dollardan çox dəstək aldı
Ukrayna avqust ayında Qərb tərəfdaşlarından 6,1 milyard dollardan çox xarici maliyyə dəstəyi əldə edib.
TodayPress TV xəbər verir ki, bu barədə məlumat Ukrayna Milli Bankının (NBU) saytında dərc olunan hesabatda yer alıb.
Bunun 4,7 milyard dolları Avropa İttifaqının "Ukraine Facility" proqramı və G7 ölkələrinin ERA (Extraordinary Revenue Acceleration for Ukraine) təşəbbüsü çərçivəsində – Rusiya Federasiyasının dondurulmuş aktivlərindən əldə edilən gəlirlər hesabına ayrılıb.
“Avqust ayında hökumətin xarici valyuta hesablarına ümumilikdə 6 milyard 165,1 milyon dollar daxil olub”, - deyə məlumatda bildirilir.
Töhfə Səməd