Ukrayna PUA-ları Ryazan neft emalı zavoduna hücum etdi
Dünya
15.11.2025 10:25
Ukrayna pilotsuz uçuş aparatları Rusiyanın ən böyük neft emalı müəssisələrindən biri olan Ryazan zavoduna hücum edib.
TodayPress TV xəbər verir ki, bu barədə ASTRA Telegram kanalı yerli sakinlərə istinadən xəbər yayıb. Hücumla bağlı rəsmi təsdiq hələlik yoxdur.
Ryazan vilayətinin qubernatoru Pavel Malkov gecə saatlarında bölgədə 25 PUA-nın vurulduğunu, bir müəssisənin ərazisində yanğın baş verdiyini bildirib. O, hansı müəssisənin zərər gördüyünü açıqlamayıb. İlkin məlumatlara görə, xəsarət alan yoxdur və dəymiş ziyan qiymətləndirilir.
İllik 17–18 milyon ton istehsal gücünə malik Ryazan neft emalı zavodu Rusiyanın ən böyük beş emal müəssisəsindən biridir və əvvəllər də dəfələrlə Ukrayna dronlarının hücumuna məruz qalıb.
Rusiya Müdafiə Nazirliyi isə ötən gecə ölkə ərazisində ümumilikdə 64 PUA-nın məhv edildiyini bildirib.
Jalə Rövşən
tag: Ukrayna,Rusiya,Neft emalı müəssisələri, Ryazan,Todaypress.tv,
