Ukrayna ordusu iki şəhərdə əks-hücuma keçdi

Ukrayna ordusu iki şəhərdə əks-hücuma keçdi
20.09.2025 15:00 Dünya

“Ukrayna Müdafiə Qüvvələrinin Donetsk vilayətində əks-hücum əməliyyatı davam edir”.

TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

Dövlət başçısı əks-hücum əməliyyatının Dobropilya və Pokrovsk şəhərlərində aparıldığını bildirib.

“Rus işğalçıları Ukrayna qüvvələrini mühasirəyə almaq istəyirdilər, amma hazırda orada düşməni məhv edən Ukrayna Silahlı Qüvvələridir”, - deyə Zelenski qeyd edib.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər