Ukrayna ilk dəfə “Ozon” logistika mərkəzinə zərbə endirdi - VİDEO

Ukrayna ilk dəfə “Ozon” logistika mərkəzinə zərbə endirdi - VİDEO
22.08.2026 09:19 Dünya

Ukrayna qüvvələri Rusiyada ilk dəfə “Ozon” logistika mərkəzinə zərbə endirib.

TodayPress TV xəbər verir ki, Ukrayna Müdafiə Qüvvələri avqustun 21-dən 22-nə keçən gecə Rusiyanın Samara vilayətinin Çapayevsk şəhərində yerləşən “Ozon” marketpleysinin logistika mərkəzinə zərbə endirib.

Hücumdan sonra kompleksin ərazisində güclü yanğın baş verib və obyektin üzərində sıx tüstü sütunu yaranıb.

Söhbət Volqa regionundakı ən böyük anbar komplekslərindən birindən gedir. Mərkəzin sahəsi 135 min kvadratmetrdir, tikintisinə təxminən 5 milyard rubl investisiya qoyulub.

Ozon Rusiyanın “Wildberries”dən sonra ikinci ən böyük onlayn marketpleysidir.

Bu, Ukrayna qüvvələrinin “Ozon”un logistika obyektinə ilk təsdiqlənmiş zərbəsi kimi qiymətləndirilir. Hücumun miqyası və dəymiş ziyanın həcmi ilə bağlı hələlik tam məlumat yoxdur.

Qiymət Mahir


XƏBƏR LENTİ
22 AVQUST 2026
Bütün Xəbərlər