Uitkoff və Kuşner yola düşdü, ABŞ-dən Rusiya və Ukraynaya çağırış gəldi

Uitkoff və Kuşner yola düşdü, ABŞ-dən Rusiya və Ukraynaya çağırış gəldi
04.09.2026 21:51 Dünya

ABŞ Rusiya və Ukraynadan hücumları müvəqqəti dayandırmağı istəyib.

TodayPress TV xəbər verir ki, “The New York Times” qəzetinin məlumatına görə, Vaşinqton Kiyev və Moskvanı ABŞ nümayəndələrinin səfəri müddətində qarşılıqlı hücumları dayandırmağa çağırıb.

Bildirilir ki, ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff və prezident Donald Trampın kürəkəni Cared Kuşner sülh sazişi ilə bağlı müzakirələr aparmaq üçün Rusiya və Ukraynaya yollanıblar.

ABŞ tərəfi danışıqların davam etdiyi müddətdə tərəflər arasında qarşılıqlı zərbələrin dayandırılmasını istəyir.

Kübra Musayeva

XƏBƏR LENTİ
04 SENTYABR 2026
Bütün Xəbərlər