Uitkoff və Kuşner Kiyevə gedir - RƏSMİ
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşnerin Kiyevə səfəri avqustun 6-da gözlənilir.
TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında yayımlanan videomüraciətində məlumat verib.
“Bu gün artıq dəqiq müəyyənləşib ki, amerikalı nümayəndələr yaxın günlərdə Ukraynada və Rusiyada olacaqlar. Amerika Prezidentinin komandası tərəfindən təfərrüatlar təqdim edilib. Bu gün müzakirə etdik ki, Stiv Uitkoff və Cared Kuşner Moskvaya səfər edəcək, bazar günü (6 avqust - red.) isə Kiyevə gələcəklər”, - deyə Zelenski bəyan edib.
Aysel Mətləb