Üç ölkə Fələstin dövlətini rəsmi olaraq tanıdı

Üç ölkə Fələstin dövlətini rəsmi olaraq tanıdı
22.09.2025 12:22 Dünya

Böyük Britaniya, Kanada və Avstraliya Fələstin dövlətini rəsmi şəkildə tanıyıblar. 

TodayPress TV “CNN”ə istinadən xəbər verir ki, bu addım İsrailin Qəzzada davam edən hərbi əməliyyatlarına təzyiq məqsədi daşıyır və iki dövlətli həll yolunda irəliləyişə dəstək kimi qiymətləndirilir.

Həmçinin Portuqaliya da Fələstini tanıdığını açıqlayıb.

İsrailin baş naziri Benyamin Netanyahu isə bu addımı tənqid edərək, “Fələstin dövlətinin olmayacağını” bildirib. İsrail prezidenti İsaak Hersoq isə bu qərarın sülh prosesinə heç bir töhfə verməyəcəyini qeyd edib. 

Qeyd edək ki, BMT-də artıq 140-dan çox üzv ölkə Fələstini tanıyır.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər