Türkmənistan MSK nümayəndə heyəti Ermənistanda səfərdədir

Türkmənistan MSK nümayəndə heyəti Ermənistanda səfərdədir
14.11.2025 18:25 Dünya

Türkmənistan Mərkəzi Seçki Komissiyasının sədr müavini Amangəldi Qəndimovun rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistan Mərkəzi Seçki Komissiyasını ziyarət edib.

TodayPress TV xəbər verir ki, nümayəndə heyəti Ermənistan MSK-nın sədri Vaaqn Hovakimyanla görüşüb.

Görüşdə qonaqlara Ermənistanın seçki sistemi və seçki qanunvericiliyi barədə məlumat verilib. MSK sədrinin müavini Nune Ovannisyan seçkilərdə istifadə olunan texniki avadanlıqların işi haqqında da danışıb.

Jalə Rövşən

TodayPress TV


XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər