Türkiyədə zəlzələ baş verdi

Türkiyədə zəlzələ baş verdi
22.09.2025 10:42 Dünya

Türkiyənin Balıkesir şəhərində 4,9 bal gücündə zəlzələ qeydə alınıb.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələnin episentri Balıkesirin Sindirji bölgəsində yerləşib. Yeraltı təkanların ocağı 7 kilometr dərinlikdə olub.

Zəlzələ İstanbul və İzmir şəhərlərində də hiss olunub. Hazırda dağıntı və ya xəsarət barədə məlumat verilməyib. Rəsmi qurumlar vəziyyəti nəzarətdə saxlayır.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər