Türkiyə NATO-nun yeni müdafiə bankına qoşulmur

Türkiyə NATO-nun yeni müdafiə bankına qoşulmur
10.07.2026 16:04 Dünya

Türkiyə hələlik NATO-nun yaradılması planlaşdırılan Müdafiə, Təhlükəsizlik və Dözümlülük Bankına (DSRB) qoşulmayacaq.

TodayPress TV xəbər verir ki, bu barədə "CNN Türk" məlumat yayıb.

Məlumata görə, qərar ölkənin aidiyyəti qurumları tərəfindən aparılan strateji və texniki qiymətləndirmələrin nəticəsində verilib. Türkiyə hakimiyyəti məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Bundan əvvəl Türkiyə ilə yanaşı Albaniya, Belçika, Yunanıstan, Kanada, Latviya, Lüksemburq, Rumıniya və Ukraynanın da DSRB-nin yaradılması təşəbbüsündə iştirak etmək niyyətini bildirdiyi qeyd olunmuşdu.

Məlumata əsasən, baş ofisi Kanadanın Monreal şəhərində yerləşəcək maliyyə konsorsiumunun məqsədi Ukrayna ilə bağlı hərbi layihələrin maliyyələşdirilməsi üçün 134 milyard dollara qədər vəsait cəlb etməkdir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
10 IYUL 2026
Bütün Xəbərlər