Ukrynadakı müharibə qışa qədər bitə bilər? - "Artıq vaxtıdır!"
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın köməyi ilə genişmiqyaslı müharibənin qışa qədər başa çatacağına ümid etdiyini bildirib.
TodayPress TV xəbər verir ki, Zelenski bu barədə BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Donald Trampla görüşü zamanı danışıb.
“Ümid edirəm ki, bu müharibəni qışa qədər başa çatdıra biləcəyik və Tramp bu məsələdə bizə kömək edəcək”, - deyə Ukrayna lideri vurğulayıb.
Öz növbəsində Donald Tramp Ukrayna və Rusiya Prezidentlərinin hər ikisinin müharibənin başa çatmasını istədiyini bildirib.
“Artıq vaxtıdır”, - deyə ABŞ Prezidenti vurğulayıb.
Aysel Mətləb