Ceyhun Bayramov Anita Orbanla görüşdü: Nələr müzakirə edildi?
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Macarıstanın xarici işlər və xarici ticarət naziri, Baş nazirin müavini Anita Orbanla görüşüb.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi "X"də məlumat yayıb.
Tərəflər Azərbaycan-Macarıstan münasibətlərinin mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə edib, müntəzəm siyasi dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Görüşdə, həmçinin Azərbaycan-Avropa İttifaqı (Aİ) münasibətləri, eləcə də regional və beynəlxalq proseslər ətrafında fikir mübadiləsi aparılıb.