120-dən çox uşağın ölümündən sonra ABŞ hərəkətə keçdi
ABŞ Mərkəzi Komandanlığı İranda Minab şəhərində məktəbə endirilən zərbədən sonra hədəflərin müəyyənləşdirilməsi prosedurlarına yenidən baxıb.
TodayPress TV xəbər verir ki, “Bloomberg”in məlumatına görə, fevralın 28-də baş verən hücum nəticəsində 120-dən çox uşağın öldüyü bildirilir.
Bundan sonra hədəflərin daha ciddi yoxlanılması, mülki əhalinin hərəkətlərinin izlənilməsi üçün açıq mənbələrdən əlavə kəşfiyyat məlumatlarının istifadəsi və süni intellekt sistemlərinin imkanlarının genişləndirilməsi nəzərdə tutulub.
Məlumata görə, Palantir şirkətinin “Maven Smart System” süni intellekt sisteminə onlarla yenilik əlavə edilib. Yeni imkanlar kəşfiyyat məlumatlarını yenidən təhlil etməyə, mümkün anomaliyaları müəyyənləşdirməyə və hərbi obyektlərlə mülki binaları daha dəqiq ayırmağa imkan verir.
Bununla belə, ABŞ Müdafiə Nazirliyinin bəzi nümayəndələri və ekspertlər hədəf seçimi zamanı növbəti ölümcül səhvin baş verməsi riskinin hələ də yüksək olduğunu bildirirlər.
Kübra Musayeva